Fransa yığmasının futbolçusu Antuan Qrizmann İspaniyanın “Barselona” klubunu tərk etmək istəyir.

 

28 yaşlı forvard kapitan Lionel Messi ilə problem yaşadığı üçün çıxış yolunu getməkdə görür. Onun karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirməyə müsbət yanaşdığı bildirilir.

 

Məlumata görə, Qrizmann PSJ-dən Neymarın qaytarılması üçün istifadə oluna bilər.

 

Qeyd edək ki, Qrizmann bu ilin yayında İspaniya “Atletiko”sundan 120 milyon avroya “Barselona”ya keçib.